ABŞ və İraq Amerika hərbçilərinin ölkədəki mövcudluğu ilə bağlı danışıqlara başlayır

DÜNYA
11:18 / 25.01.2024
313

ABŞ və İraqın müdafiə nazirliklərinin nümayəndələri yaxın həftələrdə Amerika qoşunlarının respublikada hərbi mövcudluğunun gələcəyi ilə bağlı danışıqlar aparacaqlar. 

HİT.az xəbər verir ki, bu barədə "Fox News" özəl mənbəyə istinadən yazıb.

Mənbənin sözlərinə görə, Pentaqon qarşıdan gələn danışıqları bu həftənin sonunda elan edəcək.

Xəbərdə qeyd edilir ki, tərəflər arasında danışıqlar ilkin olaraq 2023-cü ilin avqust ayına, HƏMAS-ın İsrailə hücumundan və İraqda Amerika hərbçilərinə hücumlar başlamazdan xeyli əvvəl planlaşdırılıb. İndi danışıqlar avqustda gözləniləndən fərqli nəticə verə bilər.

Bundan əvvəl İraqın baş naziri Məhəmməd əl-Sudani İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda demişdi ki, respublikanın sabitliyini və təhlükəsizliyini qorumaq üçün ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya İraqı tərk etməlidir.

Əl-Sudani alyans qüvvələrinin İŞİD terrorçuları üzərində qələbəyə böyük töhfə verdiyinə və İraqın bu müttəfiqlərin köməyini yüksək qiymətləndirdiyinə diqqət çəkib. Amma onun sözlərinə görə, bu terror təşkilatı artıq İraq üçün təhlükəli deyil, ona görə də ölkədə koalisiya silahlı qüvvələrinin olması əsassızdır.

Qeyd edək ki, son dövrlər ABŞ-ın İraqdakı bazalarına hücumların sayı artıb. Bunu əsasən İranlın dəstəklədiyi qruplaşmalar həyata keçirir. Amerika kontingenti buna cavab olaraq İranın dəstəklədiyi qruplara, həmçinin şiə milislərinə cavab zərbələri endirib.

Samir

0