"Fox News"un aparıcısı Şon Hanniti Co Bayden və Donald Trampın prezidentlik şərtlərini müqayisə edib.
HİT.az xəbər verir ki, jurnalist hazırkı dövlət başçısının dövründə Amerika demokratiyasının parça-parça olduğunu deyib.
"Prezident Trampın dövründə bizdə sülh var idi. Bayden dövründə biz müharibə vəziyyətindəyik. Trampın dövründə bizdə inflyasiya demək olar ki, yox idi və aşağı faiz dərəcələri rekord səviyyədə idi. Bayden dövründə amerikalılar hər gün təzyiq altında olurlar. Amerikalıların 60%-i indi maaşdan maaşa yaşayır", deyə Şon Hanniti bildirib.
O qeyd edib ki, Respublikaçılar dövründə ABŞ-ın indiki böhrandan fərqli olaraq təhlükəsiz sərhədləri və miqrasiyaya nəzarəti var idi. Aparıcı onu da vurğulayıb ki, Co Bayden dövründə ölkədə mənzil almaq əlçatmaz olub və evsizlərin sayında artım qeydə alınıb.
"Co Baydenin dövründə ağlınıza gələn hər şey pisləşir", deyə Şon Hanniti bildirib.
Samir