Litva parlamentinin spikeri Viktoriya Kmilite-Nielsen ordunun maliyyələşdirilməsi üçün ölkə vətəndaşlarından borc alınması ideyasını məqbul adlandırıb.
HİT.az xəbər verir ki, Seymin sədri LRT milli radiosunda bu ssenariyə münasibətindən danışıb.
Qanunverici partiyaların nümayəndələrinin əksəriyyətinin bu təşəbbüsü dəstəklədiyini vurğulayıb. Üstəlik, ideyanın özü Litvanın iqtisadiyyat və ivestisiya naziri Auşrina Armonaiteyə məxsusdur.
Onun fikrincə, hökumət əhalini müdafiə istiqrazları vasitəsilə müdafiənin maliyyələşdirilməsinə cəlb etməlidir. Parlamentin hesablamalarına görə, növbəti 7 ildə Vilnüsə ölkənin hərbi sənaye kompleksinin inkişafı üçün əlavə 500 milyon avro lazımdır.
"Belə bir qərarda mən dövlətimə inam elementi görürəm, bu son dərəcə vacibdir", deyə spiker bildirib.
Yanvarın 24-də Litva Seyminin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Laurinas Kaçiunas Rusiya Federasiyası və Belarusla sərhəddə bunkerlərin tikintisinə başlamağa çağırıb. O, həmçinin qeyd edib ki, meşələrdən daha geniş istifadə və müdafiə məqsədləri üçün bütün meliorasiya haqqında düşünməyin vaxtı çatıb.
Samir