Ekspert: "Şolts Trampın qalib gələcəyinə ümid edir, ona "düşmən obrazı" lazımdır"

DÜNYA
22:47 / 25.01.2024
332

Alman siyasi ekspert Verner Patzelt kansler Olaf Şoltsun gizli şəkildə Donald Trampın ABŞ prezident seçkilərində qalib gələcəyinə ümid etdiyini, çünki Almaniya liderinin “düşmən obrazına” ehtiyacı olduğu fikrini ifadə edib. 

HİT.az xəbər verir ki, bu barədə "Bild Telegram" kanalı məlumat yayıb.

Patzeltin fikrincə, Trampın Avropaya münasibəti nə qədər pis olarsa, təcrübəli Şoltsa da bir o qədər çox tələbat olacaq.

"Daxili siyasətdə Trampın “düşmən imici” Şoltsu xüsusən də öz partiyası daxilində və ənənəvi SPD seçiciləri arasında populiyarlaşdırır", deyə ekspert bildirib.

Ekspert qeyd edib ki, Trampın ABŞ prezidentliyinə qayıtması Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistoriusa siyasi üstülkükləır gətirə bilər və bu da Avropanın müdafiəçisi imicini gücləndirəcək.

Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Trampın keçmiş kommunikasiyalar üzrə köməkçisi Entoni Skaramuççi bildirib ki, Tramp prezident seçkilərində qalib gəlsə, bu, NATO-nu ləğv etmək istədiyi üçün Avropada ciddi problemə çevriləcək.

"Tramp NATO-ya nifrət edir və onun ləğvini hər şeydən çox istəyir", deyə Skaramuççi bildirib.

Samir

0