ABŞ Qırğızıstanda demokratik təsisatların təşviqini maliyyələşdirəcək

12:59 / 26.01.2024
451

ABŞ Dövlət Departamenti Qırğızıstanda demokratik institutların və vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş layihələri maliyyələşdirmək niyyətindədir. 

HİT.az Dövlət Departamentinin müvafiq sənədlərinə istinadən xəbər verir ki, bir qrantın maksimum həcmi 50 min ABŞ dolları təşkil edəcək, ümumilikdə 20 belə qrantın ayrılması planlaşdırılır.

Qeyd olunur ki, qrantlar müsabiqə əsasında qeyri-hökumət təşkilatlarına (QHT) və assosiasiyalara, qeyri-kommersiya vətəndaş cəmiyyəti təşkilatlarına, eləcə də müstəqil yerli KİV-lərə veriləcək. Rəqabətli müraciətlər üçün prioritet mövzu demokratik təsisatların təşviqidir.

Maliyyələşdirilən layihələrin demokratiyanı gücləndirəcəyi  və vətəndaşların siyasətdə iştirakını artıracağı gözlənilir. Üstəlik, söhbət əsasən 18 yaşdan 35 yaşa qədər olan gənclərdən gedir. ABŞ hesab edir ki, bu təşəbbüs həm də vətəndaşlarla dövlət qurumları arasında əməkdaşlığın qurulmasına və ən azı 20 kənd QHT-nin yerli hakimiyyət orqanları ilə işləmək imkanlarının artırılmasına kömək edəcək.

Samir

0