Avropa İttifaqı ölkələrinin liderləri gələn həftə Kiyevə 50 milyard avro məbləğində yardımın ayrılması barədə razılığa gələ bilərlər.
HİT.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Latviya prezidenti Edqars Rinkeviçs açıqlama verib.
Agentlik bildirir ki, Latviya prezidenti vəsaitin ayrılmasının ya bütün 27 müttəfiq dövlətin razılığı əsasında, ya da “başqa mexanizm” əsasında aparılacağını bildirib. Rinkeviçs Ukraynanın bu pulu almalı olduğunu qeyd edib, həmçinin Aİ ölkələri ilə kompromis əldə edəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, vəsait hissə-hissə ayrıla bilər.
Yanvarın 26-da “Politico” qəzeti yazıb ki, bəzi Aİ ölkələri Macarıstanı səsvermə hüququndan məhrum etmənin nəticələrindən ehtiyat edirlər.
Samir