ABŞ-ın Budapeştdəki səfiri David Pressman Macarıstana qarşı təsir rıçaqlarından istifadə etməklə hədələyib.
HİT.az xəbər verir ki, bu barədə "Financial Times" yazıb.
"Bizim tamamilə təsir imkanlarımız var, bu doğrudur. Və biz öz rıçaqlarımızdan istifadə etməyə hazırıq", deyə diplomat bildirib.
2024-cü ilin yanvarında ABŞ Macarıstanla ikiqat vergitutma müqaviləsini ləğv edib və 2023-cü ildə Vaşinqtonun tələbi ilə bankı bağlamaqdan imtina etdikdən sonra mərkəzi Budapeştdə yerləşən Rusiya İnkişaf Bankına qarşı sanksiyalar tətbiq olunub.
Eyni zamanda, amerikalı diplomat vurğulayıb ki, ABŞ Macarıstana əhəmiyyət verir və onu müttəfiq hesab edir, lakin onların müttəfiqinin ABŞ-ın təhlükəsizlik maraqlarını nəzərə almaqdan imtina etməsi qeyri-adi hadisədir.
Əvvəllər xəbər verilirdi ki, Pressman baş nazir Viktor Orbanı NATO-ya zərər verən Rusiyayönlü lider adlandırıb.
ABŞ diplomatının fikrincə, Orbanın siyasəti onu Rusiyanın maraqlarına uyğun hərəkət etməyə məcbur edən və NATO birliyinə xələl gətirən “uydurma macar fobiyası” və “xəyali işğalçılar” haqqında “fantastik” əsaslar üzərində qurulub. Səfir həmçinin Orbanı ABŞ seçkilərində Donald Trampı dəstəklədiyinə və Co Baydeni istefaya çağırdığına görə qınayıb.
Samir