Rusiya hərbçiləri prezidentin təhlükəsizliyini təmin etmək üçün Burkina Fasoya gedib? - Peskov danışmadı

DÜNYA
15:28 / 26.01.2024
439

Kremlin sözçüsü Dmitri Peskov bir sıra Qərb nəşrlərində dərc olunan yazıları şərh etməkdən imtina edib. Ona görə, bir qrup rusiyalı hərbçi Afrika ölkəsi liderinin təhlükəsizliyini təmin etmək üçün Burkina Fasoya gedib.

HİT.az xəbər verir ki, Rusiya Federasiyası prezidentinin nümayəndəsi jurnalistlərlə keçirdiyi növbəti brifinqdə müvafiq bəyanatla çıxış edib.

"Bu məlumatı heç bir şəkildə şərh etməyəcəyəm. Mən bunu şərhsiz buraxacağam", deyə Peskov bildirib.

Bununla yanaşı, Peskov vurğulayıb ki, ümumilikdə Moskva Uaqaduqu ilə bütün mümkün sahələrdə əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Üstəlik, Rusiya rəhbərliyi digər Afrika ölkələri ilə də əlaqələrin inkişafında maraqlıdır.

Kreml sözçüsü bildirib ki, Rusiya hakimiyyəti bu regionda tərəfdaşlarla razılaşmaların həyata keçirilməsi üzərində ardıcıl fəaliyyətini davam etdirəcək. Bura Sankt-Peterburqda keçirilən Rusiya-Afrika sammiti çərçivəsində əldə olunmuş razılaşmalar daxildir.

2023-cü il dekabrın sonunda Rusiya səfirliyi Burkina Fasonun paytaxtında fəaliyyətini bərpa edib. Diplomatik nümayəndəlik son 30 ildə bağlı olub.

Samir

0