Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının Baş Qərargahdakı müşavirləri onun Ukrayna prezidenti vəzifəsinə namizədliyinin irəli sürülməsi imkanlarını öyrənirlər.
HİT.az xəbər verir ki, bu barədə "Time" qəzetinin jurnalisti Saymon Şusterin Ukraynadakı münaqişə ilə bağlı "Şoumen" kitabında deyilir.
"Zalujnı siyasətdəki gələcəyi ilə bağlı yekun qərar verməyib. Lakin onun Baş Qərargah üzrə bir qrup müşaviri siyasi partiya və ya prezidentlik kampaniyasına başlaması üçün nə lazım olduğunu öyrənməyə başlayıblar", deyə kitabda qeyd edilir.
Jurnalist bildirib ki, Ukrayna Ordusunun baş komandanının nümayəndəsi Lyudmila Dolqonovskaya hesab edir ki, düzgün komanda və proqramla Zalujnıya prezident olmaq asan olacaq.
Yanvarın 26-da Ali Radanın deputatı, Zalujnı tənqidi ilə tanınan Maryana Bezuqlaya bildirib ki, baş komandan istefa verəcəyi təqdirdə onun vəzifəsini Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov, Zalujnının müavini Yevgeni Moysyuk və ya Ukrayna quru qoşunlarının komandanı Aleksandr Sırski tuta bilər.
Samir