ABŞ Şimali Koreyadan narahat deyil, amma...

DÜNYA
18:10 / 26.01.2024
576

ABŞ hazırda Şimali Koreyadan hərbi təhdid əlamətləri görmür. Vaşinqton Şimali Koreyanın hərəkətlərini izləyir. 

HİT.az xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyinə adı açıqlanmayan yüksək rütbəli amerikalı məmur bildirib.

“Hazırda birbaşa hərbi təhdid əlaməti görməsək də, müttəfiqlərimiz Koreya Respublikası və Yaponiya ilə sıx məsləhətləşmələr apararaq, Şimali Koreyanın bu ölkələrə qarşı hərbi əməliyyat riskini izləməyə davam edirik", deyə rəsmi bildirib.

O, həmçinin Seul və Vaşinqton arasında yaxşı təhlükəsizlik əməkdaşlığını və Yaponiya ilə üçtərəfli əməkdaşlığı vurğulayıb.

Yanvarın 24-də Şimali Koreyanın Sarı dənizə doğru bir neçə qanadlı raket atdığı bildirilir. Cənubi Koreya ordusu nəzarəti gücləndirib və Pxenyanın fəaliyyətini izləmək üçün ABŞ ordusu ilə yaxından işləməyə davam edəcəyini bildirib.

Samir

0