"Çox böyük ehtimalla, Vladimir Putin bu il Rusiyada keçiriləcək seçkilərdə yenidən qalib gələcək".
Bu sözləri politoloq Kənan Novruzov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, ölkə daxilində Putini istəməyənlər olsa da, faktiki olaraq ona alternativ yoxdur:
"Ümumiyyətlə, bu cür qapalı, imperialist və avtoritar rejimlə idarə olunan dövlətlərdə iqtidara iddialı şəxslərin sayı adətən çox az olur. İndi də görürük ki, Rusiyada Vladimir Putinə alternativ olacaq kimsə yoxdur.
Bu da təbii ki, mövcud hakimiyyətin xalqa tətbiq etdiyi təzyiqlərin nəticəsidir. Rusiyadakı insanlar alternativ fikir deməyə və seçim etməyə qorxurlar".
Ekspert Vladimir Putinin bundan sonra daha 2 dönəm prezident seçilmək istəyindən də söz açıb:
"Putinin daha 2 dönəm prezident seçiləcəyi ilə bağlı indidən nə isə proqnozlaşdırmaq çox çətindir. Bu, proseslərin necə inkişaf edəcəyindən asılı olacaq. Amma Putinin qarşıdakı seçkilərdə qalib gəlmə ehtimalı kifayət qədər çoxdur".
Pərviz