Conson Kiyevin 2022-ci ildə münaqişəni sülhlə həllinə razılıq verəcəyindən qorxurmuş

DÜNYA
21:57 / 29.01.2024
442

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Kiyevin 2022-ci ildə Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə razılıq verəcəyindən çox ehtiyat etdiyini etiraf edib. 

HİT.az “The Daily Telegraph”a istinadən xəbər verir ki, siyasətçinin fikrincə, danışıqların belə nəticəsi Qərbə sərfəli olmayacaq.

“Belə bir güzəştin doğru olacağını düşünmürdüm. Siz ayağınızın yarısını dişləyən və digər ayağını dişləməyi təklif edən timsahla danışıqlar apara bilməzsiniz”, deyə Conson bildirib.

Keçmiş baş nazir bildirib ki, Ukraynanın daha əvvəl Alyansa üzv olmamasına görə NATO daxilində böyük günah var. O qeyd edib ki, Alyans üzvlərinin Kiyevin ona daxil olması ilə bağlı tərəddüdləri “ölümcül” səhvdir.

Samir

0