Liz Trass Putinlə təmaslarına görə Makrondan narazı imiş

DÜNYA
19:54 / 29.01.2024
350

Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass Londonun müharibənin başlamasından sonra Fransa prezidenti Emmanuel Makronla Rusiya lideri Vladimir Putinin təmaslarından narazı olduğunu bildirib. 

HİT.az xəbər verir ki, bu barədə “Teleqraf” qəzeti yazıb.

Nəşr yanvarın 29-da BBC-də yayımlanacaq “Putin Qərbə qarşı” proqramından sitat gətirib. “Mən düşünürdüm ki, bu, Qərbin qətiyyəti haqqında çox qarışıq siqnallar göndərdi", deyə Trass bildirib.

Keçmiş baş nazir Makrondan “məyus” olduğunu vurğulayıb.

Nəşr qeyd edir ki, Fransa prezidenti 2022-ci ildə müharibə başlayandan sonra digər NATO ölkələri Kremllə əlaqələri kəsdikdən çox sonra da Putinlə telefonla danışmağa davam edib.

2023-cü il dekabrın sonunda Emmanuel Makron Ukrayna üzrə sülh danışıqlarının aparılacağı təqdirdə Rusiya prezidenti Vladimir Putinin 2024-cü ildə ölkəyə dəvət oluna biləcəyini istisna etmədiyini bildirib.

Samir

0