Ağ Ev Parisdəki Qəzza danışıqlarını dəyərləndirdi

DÜNYA
20:30 / 29.01.2024
595

Parisdə Qəzza zolağındakı vəziyyətlə bağlı Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns, Misir, İsrail və Qətər nümayəndələrinin iştirak etdiyi danışıqları konstruktiv adlandırmaq olar. 

HİT.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Danışıqlar ağlabatan və ciddi idi. Hətta deyəcəyəm ki, onlar konstruktiv olublar", deyə Kirbi bildirib.

Eyni zamanda o, görüşün nəticələrinə çox da optimist yanaşmamağa çağırıb. Onun sözlərinə görə, girovların qaytarılması ilə bağlı yeni razılığın əldə olunması üçün daha çox iş görülməlidir.

Yanvarın 29-da məlum olub ki, Səudiyyə Ərəbistanı, İordaniya, Misirin yüksək rütbəli rəsmiləri, həmçinin Fələstin Milli Administrasiyasının (PNA) nümayəndələri Ər-Riyadda görüş keçirib və orada Qəzza zolağının müharibədən sonrakı idarə olunması planlarını müzakirə ediblər.

Samir

0