Avropa İttifaqı ölkələrinin müdafiə sənayesi Ukrayna və Rusiya arasındakı münaqişəyə hazır deyil.
HİT.az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Cozep Borrell "Die Welt" üçün köşə yazısında bildirib.
"Ukraynadakı müharibə bu sənayenin üzləşdiyimiz çağırışlara cavab verməyə nə qədər hazır olduğunu göstərdi" deyən Borrell Kiyevə yardımın böyük hissəsinin mövcud silah ehtiyatlarından gəldiyini vurğulayır.
Onun sözlərinə görə, Avropa İttifaqının imkanları ilə sülh dövründən əvvəl azalmış ehtiyatları artırmaq asan deyil.
Yanvarın 30-da Macarıstanın baş naziri Viktor Orban bildirib ki, onun ölkəsi Avropa İttifaqının Ukraynaya yardım üçün vəsait ayırmaq qərarını dəstəkləməyə hazırdır, ancaq bu məbləğ bir neçə ilə bölünüb hər il təsdiq olunarsa.
Həmin gün "Reuters" yazıb ki, Avropa İttifaqı liderləri Ukraynaya hərbi dəstəyi davam etdirmək niyyətlərini bəyan etməyi planlaşdırırlar.
Samir