MKİ direktoru İsrailin təhlükəsizliyinin əsas amili açıqladı

DÜNYA
22:17 / 30.01.2024
497

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns hesab edir ki, İsrailin və bütün regionun təhlükəsizliyinin açarı onun İranla münasibətləridir. 

HİT.az xəbər verir ki, o, bu fikri “Foreign Affairs” nəşrinə yazdığı məqaləsində bildirib.

“İran rejimi böhrandan cəsarətlənib və nüvə proqramını genişləndirməklə və Rusiyanın təcavüzü üçün şərait yaratmaqla yanaşı, son regional təmsilçisinə qədər mübarizə aparmağa hazır görünür", deyə MKİ rəhbəri qeyd edib.

Eyni zamanda, o, ABŞ-ın İranla bağlı necə davranmalı olduğunu yazmayıb. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru həmçinin qeyd edir ki, Yaxın Şərqdə heç bir problem ABŞ-ın aktiv rəhbərliyi olmadan həll edilə bilməz.

Bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib ki, ABŞ prezidenti Co Baydenin administrasiyası İsrail və HƏMAS arasındakı münaqişənin həllinin siyasi olduğunu bilir. İran xarici işlər naziri vurğulayıb ki, diplomatlar bu istiqamətdə fəal işləyirlər.

Samir

0