Sovet pilotunun nəvəsi Moskvaya nüvə zərbəsi endirilməsini istəyir

DÜNYA
12:16 / 31.01.2024
376

Sovet pilotu Valeri Çkalovun nəvəsi Daria Boqdanova Ukraynada münaqişəyə son qoymaq üçün Moskvaya nüvə silahı ilə zərbə endirməyin zəruriliyini bəyan edib. 

HİT.az xəbər verir ki, bu barədə "Moskovski Komsomolets" yazıb.

Boqdanova hətta bu zərbəyə sponsorluq etməyə də hazır olduğunu vurğulayıb. O, Xiroşima və Naqasakiyə atom zərbəsini misal göstərib. Boqdanovanın fikrincə, bu, II Dünya müharibəsinin "münaqişənin gözəl sonu" olub.

İsrail vətəndaşı olan Çkalovun nəvəsi nüvə partlayışından əziyyət çəkə biləcək insanlardan narahat olmadığını etiraf edib. Boqdanova deyib ki, nənəsi və anasının qayğısına qalmır.

Samir

0