Yaponiyanın baş naziri Fumio Kişida Şimali Koreya lideri Kim Çen Inla mümkün qədər tez görüşün təşkilinin vacibliyini bəyan edib.
HİT.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
"Mən Kim Çen Ina Yaponiya-Şimali Koreya münasibətlərindəki problemləri həll etmək və hər iki ölkə üçün yeni era başlamaq niyyətimi çatdırmaqda davam edirəm. Eyni zamanda hesab edirəm ki, ən qısa zamanda sammitin keçirilməsi zəruridir. Bu, mümkündür və yüksək səviyyəli danışıqları inkişaf etdirə bilər", deyə Kişida bildirib.
Yaponiyanın baş naziri hədəfə çatmaq üçün müxtəlif kanallar vasitəsilə iş aparıldığını vurğulayıb. Eyni zamanda o, gələcək danışıqlara mümkün təsirləri əsas gətirərək təfərrüatları açıqlamaqdan imtina edib.
Samir