Putin hansı halda hakimiyyətdən gedə bilər? - "Sui-qəsd ehtimalı..."

DÜNYA
16:39 / 31.01.2024
418

"Rusiya Prezidenti Vladimir Putinin asanlıqla ambisiyalarından imtina edəcək və ya hakimiyyətdən gedəcək adam deyil". 

Bu sözləri politoloq Kənan Novruzov Hit.az-a açıqlamasında deyib. 

O qeyd edib ki, Rusiya dövlətinin və oradakı hazırkı sistemin mövcud vəziyyətinə nəzər salmaq lazımdır:

342818

"Demokratik ölkələrdə bəzi hallarda məmurlar, baş nazirlər və hətta prezidentlər istefaya gedə bilirlər. Amma bu, Rusiya kimi qapalı və imperialist dövlətlərə xas olan ənənə deyil. Həmçinin, istefa vermək Rusiya Prezidenti Vladimir Putinin şəxsi xarakterinə də uyğun görünmür".

Həmsöhbətimiz vurğulayıb ki, hazırda Putinin əlində hakimiyyətdə qalmaq üçün kifayət qədər resurs var:

"Düzdür, Rusiyada getdikcə xalqın narazılığı və etirazları arta bilər. Amma bu da Vladimir Putini hakimiyyətdən salmaz. Çünki ehtimal olunan aksiyaları da yatırmaq üçün kifayət qədər resurs mövcuddur". 

Ekspert Vladimir Putinin hansı halda hakimiyyətdən gedə biləcəyindən də bəhs edib:

"Düşünürəm ki, Vladimir Putinin hakimiyyətdən getməsi üçün ən real ssenari ona qarşı sui-qəsddir. Amma onu da nəzərə almaq lazımdır ki, Putin keçmiş təhlükəsizlik xidməti işçisidir. Yəni belə məsələləri çox yaxşı bilir. Lakin bunun da baş verməsi çox real görünmür".

Pərviz

0