ABŞ Konqresinin bir sıra üzvləri ölkə prezidenti Co Baydendən HƏMAS girovlarını azad etmək üçün ABŞ-ın müttəfiqi Qətərə təzyiq göstərməyi tələb etmək niyyətindədir.
HİT.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Demokrat konqresmen Coş Qotheymerin Demokrat və Respublikaçı partiyaların nümayəndələri tərəfindən imzalanmış məktubunda deyilir ki, Bayden Qətərə evinə buraxılmayan girovlara görə cavabdehlik daşıyacağını açıq şəkildə bildirməlidir.
Senatorlar həmçinin xəbərdarlıq ediblər ki, yaxın günlərdə girovların, o cümlədən amerikalıların azadlığa buraxılmasını görməsələr, Qətəri məhkəməyə verməyi planlaşdırırlar.
Nəşr qeyd edir ki, məktub çərşənbə günü, yanvarın 31-də Baydenə göndərilməlidir.
Samir