Avropa Parlamenti Ukraynaya yardımın illik təsdiqinə qarşı çıxdı

DÜNYA
22:50 / 31.01.2024
559

Avropa Parlamentinin ən böyük fraksiyaları birdəfəlik qərarla yaxın bir neçə il üçün Ukraynaya yardımın həcmini müəyyənləşdirmək tələbi ilə Avropa İttifaqı liderlərinə müraciət edib. 

HİT.az xəbər verir ki, Avropa Parlamenti Kiyevə veto qoyulması ehtimalı ilə dəstək məsələsi üzrə illik səsverməni Ukraynaya hərbi yardımın davam etdirilməsi öhdəliyindəki dalğalanmaların əlaməti adlandırıb.

“Biz, Avropa Parlamentindəki ən böyük siyasi qrupların liderləri, yekdilliklə Aİ liderlərini Ukraynanın üzləşdiyi problemlərin həlli üçün lazımi qərarlar qəbul etməyə, vədlərini yerinə yetirməyə, Ukraynaya effektiv və davamlı dəstək verməyə çağırırıq", deyə siyasətçilərin bəyanatında bildirilir.

Qeyd olunur ki, Ukraynaya yardımın bütün həcminin, o cümlədən həm iqtisadiyyatın bərpasına yardım, həm də hərbi yardımın ayrılması bir dəfə təsdiq edilməlidir.

Samir

0