Ukrayna prezidenti Volodimir Zelenski bazar ertəsi keçirilən iclasda Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnını istefaya göndərmək qərarını açıqlayıb.
“The Washington Post” (WP) mənbələrə istinadən yazıb.
Qəzetin yazdığına görə, o, bu qərarı müttəfiqlərə təsir etmək məqsədi ilə verib. Zalujnıya Ukrayna prezidenti bildirib ki, ölkə xalqı döyüşlərdən yorulub və müttəfiqlər hərbi yardımın tədarükünü ləngidilər. Yeni baş komandan, onun fikrincə, vəziyyəti yaxşılaşdıra bilər.
Qəzetin mənbələri onu da bildiriblər ki, ölkə hakimiyyəti Valeri Zalujnının baş qərargahının yüksək rütbəli əməkdaşlarının tutduqları vəzifələrdən uzaqlaşdırılmasını müzakirə edir. Baş komandanın özünə başqa vəzifə təklif olunub, o, bundan imtina edib və ordudan getməyi planlaşdırır.
WP-nin həmsöhbətləri qeyd edirlər ki, prezidentlə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı arasında fikir ayrılığı səfərbərlik və hərbi xidmətə çağırılmalı olan insanların sayı barədə müzakirələr zamanı kəskinləşib. Valeri Zalujnı deyib ki, 500 minə yaxın insan səfərbər edilməlidir. Vladimir Zelenski uniforma və silahların olmaması səbəbindən bu rəqəmi praktiki adlandırıb.
Qəzet yazır ki, komandir vəzifəsinə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı Aleksandr Sırskinin namizədliyi nəzərdən keçirilib. Hazırda Zalujnı öz vəzifəsində qalır və onun işdən çıxarılmasına dair sərəncamın verilməsi gecikə bilər. WP xatırladır ki, 2023-cü ildə Ukraynanın o zamankı müdafiə naziri Aleksey Reznikov tutduğu vəzifədən uzaqlaşdırılsa da, rəsmi olaraq cəmi bir neçə ay sonra onu tərk edib.
Samir