Macarıstan Ukraynaya silah tədarükünün artmasına mane olmadı

DÜNYA
14:28 / 01.02.2024
322

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell bildirib ki, Macarıstan Avropa Sülh Fondu vasitəsilə Ukraynaya silah tədarükünün artmasına mane olmayıb. 

HİT.az bu barədə TASS-a istinadən xəbər verir.

Bununla belə, o qeyd edib ki, Budapeşt bu tədarüklərə qoşulmayacaq.

"Mən izah edirəm: iştirak etməmək bir şeydir, maneə törətmək başqa bir şeydir", deyə Borrel bildirib.

Qeyd edək ki, bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının Ukraynaya 50 milyard avro ayırmasına mane olub. İttifaq liderləri hələ bu məsələdə razılığa gələ bilməyib.

Samir

0