Almaniya kansleri Olaf Şolts deyib ki, Avropa İttifaqının bütün 27 ölkəsi Ukraynanın istədiyini verməyə hazır olmalıdır.
HİT.az bu barədə "Reuters"ə istinadən xəbər verir.
“Biz Ukraynaya hərbi yardımı necə təşkil etməkdə davam edə biləcəyimiz məsələsini fəal şəkildə həll edəcəyik. Bu gün bu məsələ ilə bağlı heç bir qərar qəbul edilməyəcək, lakin müzakirələr təcili başlamalıdır. Çünki biz bilirik ki, bu günə qədər planlaşdırılanlar, yəni bütün üzv ölkələrin hərbi yardımı kifayət deyil”, deyə Şolts bildirib.
O xatırladıb ki, Aİ ölkələri arasında Ukraynaya əhəmiyyətli yardım Almaniyadan gəlir. Siyasətçinin sözlərinə görə, o, yaxın bir neçə il ərzində Avropa İttifaqının Ukraynaya 50 milyard avro yardım ayırması planının qarşısını necə açacağını bilir.
Bundan əvvəl Avropa Parlamentinin ən böyük fraksiyaları birdəfəlik qərarla yaxın bir neçə il üçün Ukraynaya yardımın həcmini müəyyənləşdirmək tələbi ilə Avropa İttifaqı liderlərinə müraciət etmişdilər.
“Biz, Avropa Parlamentindəki ən böyük siyasi qrupların liderləri, yekdilliklə Aİ liderlərini Ukraynanın üzləşdiyi problemlərin həlli üçün lazımi qərarlar qəbul etməyə, vədlərini yerinə yetirməyə, Ukraynaya effektiv və davamlı dəstək verməyə çağırırıq”, siyasətçilərin bəyanatında deyilir.
Qeyd olunur ki, Ukraynaya yardımın bütün həcminin, o cümlədən həm iqtisadiyyatın bərpasına yardım, həm də hərbi yardımın ayrılması bir dəfə təsdiq edilməlidir.
Samir