Tramp seçilsə, ABŞ NATO-dan çıxacaq? - Baş katibdən açıqlama

DÜNYA
16:28 / 01.02.2024
446

Donald Tramp ABŞ prezidenti seçilsə belə, ABŞ Şimali Atlantika Müqaviləsi Təşkilatından (NATO) çıxmayacaq. 

HİT.az “Politico”ya istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Mən əminəm ki, Birləşmiş Ştatlar sadiq müttəfiqi olaraq qalacaq. NATO ABŞ-ın müdafiə satışları üçün bazar yaradır... Arizonadan Virciniyaya, Floridadan Vaşinqton ştatına qədər Amerikanın iş yerləri ABŞ-ın Avropa və Kanadanın müdafiə bazarlarına satışından asılıdır”, deyə Stoltenberq bildirib.

Yanvarın 28-də Tramp NATO-nun ABŞ-ı qorumaq istəyinə inanmadığını bildirib. Yanvarın 25-də alman siyasi ekspert Verner Patzelt Almaniya kansleri Olaf Şoltsun gizli şəkildə Donald Trampın ABŞ-dakı prezident seçkilərində qalib gələcəyinə ümid etdiyini, çünki Almaniya liderinin düşmən obrazına ehtiyacı olduğu fikrini ifadə edib.

Bundan əvvəl ABŞ-ın Alyansdakı keçmiş səfiri İvo Daalder bildirib ki, Donald Tramp ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələrsə, NATO böyük dəyişikliklərlə üzləşəcək.

Samir

0