Avropa İttifaqı dağılacağı təqdirdə Rusiya Qərbə qalib gələcək.
HİT.az "Politico"ya istinadən xəbər verir ki, bunu Estoniyanın baş naziri Kaja Kallas deyib.
"Putin və Rusiya çoxtərəfli yanaşmaya, bizim bu birliyi qoruyub saxlaya bildiyimizə inanmırlar. Əgər biz ayrılsaq, bu, şübhəsiz ki, Rusiya tərəfinin qələbəsi olacaq", deyə Estoniyanın baş naziri bildirib.
Bundan əvvəl Estoniyanın ERR telekanalı bildirmişdi ki, ölkə vətəndaşlarının yalnız 16%-i hazırkı baş nazir Kaya Kallası vəzifəsində görmək istəyir.
Samir