Avstriya Azadlıq Partiyasının nümayəndə heyətinə rəhbərlik edən Avropa Parlamentinin üzvü Harald Vilimski Avropa İttifaqının Ukraynaya 50 milyard avro yardım ayırmasını siyasi birlik ölkələrinin vergi ödəyiciləri üçün pis xəbər adlandırıb.
HİT.az bu barədə TASS-a istinadəm xəbər verir.
“Avropa vergi ödəyiciləri üçün pis xəbər. Avstriya da daxil olmaqla Aİ vətəndaşları Ukraynaya daha 50 milyard avro göndərmək məcburiyyətindədirlər", deyə Vilimski bildirib.
Parlamentari qeyd edib ki, Ukraynanın pulu nə vaxtsa qaytara biləcəyinə heç kim inanmır. Onun sözlərinə görə, Avropa İttifaqı böhranın sülh yolu ilə həlli yollarını axtarmaq istəmir, həmçinin münaqişəyə son qoymaq üçün dəqiq strategiyaya malik deyil.
Fevralın 1-də Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib ki, Aİ liderləri bir neçə ildir Ukraynaya 50 milyard avro yardım ayırmağa razılaşıblar.
Samir