Makron: "Avropa Ukrayna münaqişəsindən yorulmayacaq"

DÜNYA
13:03 / 02.02.2024
405

"Rusiya Ukrayna qarşı müharibədə Avropa İttifaqında (Aİ) yorğunluğa bel bağlamamalıdır". 

HİT.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib. Fransa lideri bu barədə "Le Figaro" qəzetinə danışıb.

"Rusiya Ukraynaya verdiyi dəstəkdə Avropanın heç bir yorğunluğuna arxalana bilməz... Müharibə başlayandan bizim Ukraynaya dəstəyimiz yekdildir", deyə Fransa prezidenti bildirib.

Qeyd edək ki, ötən gün Avropa İttifaqı Ukraynaya 50 milyard avro məbləğində yardımla bağlı razılığa gəlib. Ukrayna prezidenti Volodimir Zelenski Brüsseldən daha çox pul ayrılmasını istəyib.

Samir

0