Rumıniyanın baş naziri Rusiya ilə müharibə barədə danışdı

DÜNYA
17:38 / 02.02.2024
520

Rumıniyanın baş naziri Marsel Çiolaku bildirib ki, ölkə Rusiya da daxil olmaqla heç bir müharibəyə girməyəcək. 

HİT.az xəbər verir ki, bu barədə Rumıniya Nazirlər Kabinetinin rəhbəri Rumıniya Baş Qərargahının Rusiya Federasiyası ilə müharibə ilə bağlı bəyanatlarını şərh edərkən bildirib.

"Gəlin sakit olaq, Rumıniya heç bir müharibəyə girməyəcək", deyə Çiolaku vurğulayıb.

Bundan əvvəl Rumıniya Baş Qərargah rəisi general Qeorqita Vlad bildirib ki, Rumıniya hazırda Rusiya ilə müharibəyə hazır deyil, lakin bu təhlükəni ciddi qəbul etməlidir.

Generalın sözlərinə görə, Rusiya Ukraynada qalib gəlsə, əsas hədəf Moldova olacaq. Bundan əlavə, Qərbi Balkanlarda vəziyyət daha da pisləşəcək.

Samir

0