Leninqrad vilayətindən 10 il əvvəl yoxa çıxan qız İŞİD yaraqlılarının düşərgəsində tapılıb.
HİT.az xəbər verir ki, bu barədə "Mash on the Moika" "Telegram" kanalı məlumat yayıb.
"Telegram" kanalının məlumatına görə, qız 10 il əvvəl gizli şəkildə Rusiyanı tərk edərək terror təşkilatına qoşulub. Rus qadın əvvəlcə yaraqlılara gündəlik işlərində, ərzaq məhsulları almaqda, yemək bişirməkdə və təmizlik işlərində kömək edib, sonra isə hərbi təlim keçib. Müxtəlif növ silahlardan atəş açmağı öyrənib
Qıza qarşı cinayət işi açılıb. Onu 20 ilə qədər həbs cəzası gözlədiyi bildirilir.
Samir