Şimali Koreya lideri Kim Çen In ölkənin dəniz qüvvələrini müharibəyə hazırlaşmağa və ölkənin dəniz suverenliyini müdafiə etməyə çağırıb.
HİT.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb.
"Kim Çen In hərbi gəmiqayırma zavoduna səfəri zamanı müharibə hazırlığını gücləndirmək və dəniz suverenliyini qorumaq üçün ölkənin donanmasını gücləndirməyə çağırıb", deyə nəşr yazıb.
Fevralın 2-də səhər saatlarında Şimali Koreya qərb sahilindən qanadlı raketlər buraxıb. Hərbçilərin məlumatına görə, Şimali Koreya raketləri təxminən saat 11:00-da (Bakı vaxtı ilə 06:00) buraxılıb. Nə qədər mərmi atıldığı açıqlanmayıb.
Samir