Çinin Tayvanı işğalı gözləniləndən daha tez başlaya bilər.
HİT.az xəbər verir ki, bu barədə “The Washington Times” ABŞ Sakit Okean Donanmasının amerikalı komandiri Samuel Paparona istinadən məlumat yayıb.
Admiral izah edir ki, bu müharibənin ilk mərhələsi Amerikanın komanda və idarəetmə, elektron və kosmik sistemlərinə qarşı kiberhücumlar olacaq. Faktiki müharibə Çin ordusunun yüz illiyini qeyd edəcəyi 2027-ci ilə qədər başlamaya bilər. O, həmçinin əlavə edib ki, ABŞ hücumun qarşısını almaq üçün indi, gələn həftə, gələn ay və gələcək onilliklərdə hazır olmalıdır.
"Son iki il ərzində Çin 100 mil genişlikdə Tayvan boğazından müntəzəm olaraq “naviqasiya azadlığı əməliyyatları” həyata keçirən ABŞ və müttəfiq hərbi gəmiləri ilə qarşıdurma da daxil olmaqla, döyüş təyyarələri və döyüş gəmiləri ilə təcavüzkar hərbi əməliyyatlar həyata keçirib", deyə nəşr yazıb.
Samir