“Orduda xidmətə hazırlığımız çatışmır, bəziləri xidmətdən yayınmağa çalışır”.
HİT.az xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib.
Papikyan etiraf edib ki, 2023-cü il silahlı qüvvələr üçün ağır il olub.
O bildirib ki, hərbi xidmətə çağırışa gələnlər arasında ciddi problemlər var:
“Ordudan yayınma halları artsa da, biz onları həll etməyə çalışırıq... Düzdür, bu il yanvarda orduda “dedovşina” və qəzalar nəticəsində bir neçə hərbçi öldü. Bu, xoş olmayan haldır. Lakin bunların həllinə çalışırıq”.