ABŞ-ın hazırkı lideri Co Baydenin fəaliyyəti nəticəsində III Dünya müharibəsi hətta onun prezidentlik müddəti bitməmiş də başlaya bilər.
HİT.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp "Fox News"a müsahibəsində deyib.
"Şanslar yüksəkdir ki, Co Baydenin prezidentlik müddəti bitməmiş III Dünya müharibəsi ilə üzləşəcəyik", deyə Tramp vurğulayıb.
ABŞ-ın keçmiş prezidenti əlavə edib ki, dünya ictimaiyyəti Co Baydenə hörmət etməyi dayandırıb.
Bundan əvvəl Çinin “Global Times” qəzeti yazıb ki, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberqin Rusiya və Çinlə bağlı bəyanatı alyansın dünya müharibəsi başlamaq istəyindən xəbər verir.
NATO-nun baş katibi Çini uzunmüddətli perspektivdə ən ciddi təhlükə, Rusiyanı isə onların arasında ən ciddi təhlükə adlandırıb.
Samir