Yaponiya Şimali Koreyanın nüvə hücumundan qorxur

DÜNYA
20:19 / 05.02.2024
547

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi bildirib ki, Şimali Koreya nüvə başlıqlarının vurulması üçün texnologiyanın inkişafına davam edir. 

HİT.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Şimali Koreya deyəsən, nüvə silahı olan qanadlı raket hücumu üçün texnologiya əldə etməyə çalışır. Onun bu texnologiyanı yaradıb-yaratmadığını anlamaq üçün hərtərəfli təhlil lazımdır", deyə siyasətçi bildirib.

Bundan əvvəl ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsinin müavini Çonq Pak bildirib ki, Birləşmiş Ştatlar Pxenyan tərəfindən birbaşa hərbi əməliyyatların əlamətlərini görmür. 

Samir

0