Pentaqon Ukrayna hakimiyyətindən Zalujnını işdən çıxarmağı tələb edib - KİV

DÜNYA
16:11 / 05.02.2024
425

Pentaqon Ukrayna hakimiyyətinə təzyiq edərək, onlardan Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnını işdən azad etməyi tələb edir. 

HİT.az xəbər verir ki, bu barədə İsveçrənin “Le Temps” qəzeti Ukrayna Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

“Mən özüm də eşitmişəm ki, yüksək rütbəli amerikalı hərbi məmurlar Valeri Zalujninin ciddi problem yaratdığını və hətta Ukraynanın ABŞ-dan davamlı hərbi yardım almasına əngəl törətdiyini deyirlər”, deyə mənbə bildirib.

Ukrayna Müdafiə Nazirliyinin əməkdaşı xarici hərbi ekspertlərlə danışıqlarda iştirakdan danışıb və burada Zalujnının "indiki fəlakətə gətirib çıxaran çoxlu səhvlərə yol verdiyi" fikrini bildiriblər.

Əsas səhvlər arasında Ukrayna Silahlı Qüvvələrinin tələb etdiyi avadanlıqlara dair sorğuların olmaması, yüksək texnologiyalı silahların əhəmiyyətinin başa düşülməməsi və Rusiya qoşunlarının əks-hücum zamanı müqavimət gücünün qiymətləndirilməsində səhv hesablamalar var. Qəzetin həmsöhbətinin sözlərinə görə, istənilən başqa ölkədə baş komandanı bu cür nöqsanlara görə onsuz da işdən çıxarardılar.

"Le Temps" həmçinin iddia edir ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə mümkün danışıqlar zamanı güzəştə daha çox meyllidir, baş komandan Valeri Zalujnı isə bu məsələdə barışmazdır və hesab edir ki, Ukrayna Silahlı Qüvvələri istənilən halda Donbası ələ keçirmək üçün mübarizə aparmalıdır.

"Beləliklə, əgər Zelenski danışıqlar aparmaq istəsə, baş komandanla yollarını ayırmaqdan başqa çarəsi qalmaya bilər", deyə nəşr yazır.

Samir

0