Kreml rəsmisi Dmitri Peskov brifinq zamanı Almaniyanın ABŞ-sız Avropa hərbi ittifaqı yaratmaq təklifini şərh edib.
HİT.az xəbər verir ki, onun sözlərinə görə, Avropa İttifaqı uzun müddətdir müstəqil təhlükəsizlik siyasətini müzakirə edir.
"Aİ-də ayrıca iffitaq 10 ildən artıqdır müzakirə olunur. İndiyə qədər avropalılar uğur qazana bilmədilər, onlar NATO yönümlü yanaşmalarını davam etdirdilər. Bu mübahisələr daima davam edir. Biz bunu sadəcə diqqətlə izləyirik", deyə Peskov bildirib.
Bundan əvvəl Almaniyanın əsas iqtisadi mərkəzlərindən biri olan Hessen federal əyalətinin başçısı Boris Reyn Avropaya ABŞ-ın iştirakı olmadan öz hərbi ittifaqını yaratmağı təklif etmişdi. Onun sözlərinə görə, nüvə arsenalından Rusiyanı çəkindirmək və qorxutmaq üçün istifadə edilə bilər.
Samir