General-mayor: "Bu, Ukraynanın məğlubiyyətinə səbəb ola bilər"

DÜNYA
23:34 / 05.02.2024
419

Rusiya Silahlı Qüvvələri döyüş meydanında strateji uyğunlaşma qabiliyyətinə görə Ukrayna ordusundan üstündür, bu, Ukraynanın münaqişədə məğlub olmasına səbəb ola bilər. 

HİT.az xəbər verir ki, bunu Avstraliya ordusunun istefada olan general-mayoru, ABŞ Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) əməkdaşı Mik Rayan “Foreign Affairs” jurnalı üçün yazdığı məqalədə bildirib.

Onun sözlərinə görə, Ukraynada münaqişə nə qədər uzun davam edərsə, Rusiya ordusu bir o qədər yaxşı öyrənir və uyğunlaşır, daha effektiv və müasir döyüş qüvvələri yaradır.

Rayanın sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin imkanları Rusiyaya nəinki ötən il Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu dəf etməyə, həm də son bir neçə ayda yeni əraziləri ələ keçirməyə kömək edib.

“Rusiyanın strateji uyğunlaşmada üstünlüyü Qərbdən müvafiq cavab almadan davam edərsə, baş verə biləcək ən pis şey, dalana dirənmək deyil, Ukraynanın məğlubiyyətidir", ekspert qeyd edib.

Samir

0