Qərb Ukraynaya əraziləri qaytarmağın mümkün olmayacağı barədə mesaj göndərib?

DÜNYA
22:11 / 05.02.2024
423

Ukraynanı dəstəkləyən Qərb ölkələri getdikcə ölkə rəhbərliyinə itirilmiş ərazilərin qaytarılmasının çətin göründüyü barədə siqnallar göndərirlər. 

HİT.az xəbər verir ki, bu barədə İspaniyanın "El Pais" nəşri yazır.

“Vaşinqtonda və Avropada artan səslər Ukraynanın təhlükəsizliyinin uzunmüddətli perspektivdə təmin edilməli olduğu barədə xəbərdarlıq edir, lakin Rusiyanın ölkənin bir hissəsini saxlayacağı fərziyyəsi müqabilində", deyə nəşr qeyd edib.

Bundan əlavə, münaqişənin müddəti Qərb ölkələrində getdikcə daha çox ziddiyyətlər yaradır, xüsusən də söhbət silahların tədarükündən və ya bu məqsədlər üçün vəsaitin ayrılmasından gedir. "El Pais" ABŞ-da demokratlar və respublikaçılar arasında bu əsasda münaqişəni, eləcə də Ukraynanın mümkün qədər uzun müddət yox, lazım olduğu qədər alacağını deyən ABŞ prezidenti Co Baydenin mövqeyinin dəyişməsini xatırladır. 

Samir

0