İstanbulda məhkəməyə hücum edildi, 2 nəfər öldürüldü, 3 polis yaralandı

DÜNYA
13:35 / 06.02.2024
463

İstanbulda məhkəmə binasında silahlı hücum olub.

HİT.az xəbər verir ki, polis əməkdaşlarına silahlı hücum edən 2 nəfər öldürülüb, 3-ü polis olmaqla 5 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Daxili işlər naziri Ali Yerlikaya binanın mühafizəsinin gücləndirildiyini bildirib.

O, öldürülən silahlı şəxslərdən birinin qadın, birinin kişi olduğunu söyləyib.

0