Argentina prezidenti HƏMAS-a qarşı mübarizədə İsraili dəstəkləyir

DÜNYA
13:58 / 06.02.2024
539

Argentina prezidenti Xavyer Miley Fələstinin radikal HƏMAS hərəkatı ilə mübarizədə İsraili dəstəkləyəcəyini bildirib. 

HİT.az xəbər verir ki, bu barədə "Clarin" qəzeti məlumat yayıb.

Argentina lideri İsrailə gedərkən təyyarədə müvafiq bəyanatla çıxış edib. Eyni zamanda, o, İsrail rəhbərliyi ilə görüşün ticarət əlaqələrini dərinləşdirmək və Buenos-Ayres ilə Təl-Əviv arasında münasibətləri daha da inkişaf etdirmək məqsədi daşıyacağını bildirib.

Xavyer Miley fevralın 5-də İsrailə səfər edib. Mileyi səfərdə Prezident Aparatının baş katibi vəzifəsini tutan bacısı Karina Miley və xarici işlər naziri Diana Mondino müşayiət edib.

Samir

0