ABŞ həbsxanalarındakı rusiyalı məhbusların sayı açıqlandı

DÜNYA
22:53 / 06.02.2024
592

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirib ki, Rusiya diplomatları ABŞ-da mühakimə olunan rusların azad olunaraq vətənə qaytarılması üçün bütün tədbirləri görəcəklər. 

HİT.az xəbər verir ki, bunu səfir kiber fırıldaqçılıqda təqsirli bilinən Rusiya vətəndaşı Vladislav Klyuşini Amerika həbsxanasında ziyarət etdikdən sonra jurnalistlərlə söhbətində deyib.

Antonovun sözlərinə görə, hazırda ABŞ həbsxanalarında 115 rusiyalı var. Diplomat bildirib ki, Amerika hüquq-mühafizə orqanları Rusiya vətəndaşlarını qondarma ittihamlarla təqib edir.

Antonov vurğulayıb ki, diplomatlar bütün Rusiya vətəndaşları evlərinə ailələrinin yanına qayıtmayana qədər dayanmayacaqlar.

Samir

0