AK tətil edən fermerlərin problemlərinə görə Rusiyanı günahlandırdı

DÜNYA
14:52 / 06.02.2024
341

Avropada tətil edən fermerlərin üzləşdiyi problemlərə görə Rusiya və iqlim dəyişikliyi günahkardır. 

HİT.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib.

"İqlim dəyişikliyinin təsirlərini ilk hiss edənlər fermerlərdir. Quraqlıq və daşqınlar əkin və mal-qaranı məhv edir. Fermerlər Rusiya-Ukrayna müharibəsinin nəticələrini hiss edirlər. İnflyasiya, artan enerji və gübrə xərcləri də bura daxildir", deyə von der Leyen bildirib.

Qeyd edək ki, son dövrlər Avropanın əksər ölkələrində fermerlər etraz aksiyaları keçirir.

Samir

0