"Forbes" açıqladı: Rusiya bu istiqamətdə hücuma keçə bilər

DÜNYA
19:57 / 06.02.2024
547

Rusiya Silahlı Qüvvələri Xarkov vilayətində irimiqyaslı hücuma keçə bilər. 

HİT.az xəbər verir ki, bu barədə Amerikanın "Forbes" nəşri Kiyevdəki mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin mənbələrinə görə, Rusiya ordusu Kupyanska 40 min əsgər, 500 tank və yüzlərlə haubitsa yerləşdirib. Jurnal qeyd edib ki, rus ordusuna ümumi sayı 20 min nəfər olan 10 Ukrayna briqadası müqavimət göstərir. Qrupa şəxsən Ukrayna Quru Qoşunlarının baş komandanı, 2022-ci ildə Xarkov vilayətində hücumun müəllifi olmuş general Aleksandr Sırski rəhbərlik edir.

"Eyni zamanda, Sumı və Xarkov vilayətlərində yeni möhkəmləndirilmiş ərazilər tikilir, lakin Rusiya ordusu yavaş-yavaş irəliləməyə davam edir", deyə "Forbes" mənbələri qeyd edir. 

2024-cü ilin yanvarında Rusiya Silahlı Qüvvələri Kupyanskı Svatovo və Kremennaya birləşdirən mühüm N-26 magistralında Xramalnoe və Tabaevkanı işğal edib.

Nəşr qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri də artilleriya sursatlarının çatışmazlığından şikayətlənib. Silahlı Münaqişələrin Tədqiqi İnstitutu əmindir ki, bu, Ukrayna Silahlı Qüvvələrini çətin qərarlar qəbul etməyə məcbur edə bilər.

Samir

0