Belarusun Rusiyadakı səfiri Dmitri Krutoy bildirib ki, Moskva və Minsk ekstremistlərin və ekstremist resursların siyahılarını birləşdirmək üzərində işləyirlər.
HİT.az xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.
Diplomatın sözlərinə görə, belə bir fikir Daxili İşlər Nazirliyinin rəhbərləri səviyyəsində dəfələrlə müzakirə olunub.
"Vətəndaşlar, məsələn, Rusiyada ekstremist kimi tanınan bəzi mənbələr burada bəzi mesajlar dərc etdikdə və ya əksinə - burada ekstremist kimi tanınan, Rusiyada mesajlar dərc etdikdə, vətəndaşlar çaşıb qalırlar", deyə Krutoy bildirib.
"Eyni vəziyyət Rusiyaya və ya əksinə, Belarusa qaçan strukturlara və insanlara münasibətdə yaranır, lakin onlara qarşı cinayət işi qaldırılmır. Təbii ki, burada hüquq-mühafizə orqanlarının daha çox koordinasiyasına ehtiyac var. Düşünürəm ki, bu, yaxın vaxtlarda öz həllini tapacaq", deyə səfir əlavə edib.
Bundan əvvəl Belarus Daxili İşlər Nazirliyi “Nexta” təşkilatının üzvləri, əvvəllər respublika prezidenti tərəfindən əfv edilmiş Roman Protaseviçi ekstremist fəaliyyətdə iştirak edən vətəndaşların siyahısından çıxarıb.
Samir