İki nəfərin mədəsindən 300-ə yaxın qab narkotik tapıldı - 2 kq...

DÜNYA
23:20 / 08.02.2024
496

Aktau hava limanında iki əcnəbinin mədəsində 300-ə yaxın qab narkotik tapılıb. 

HİT.az xəbər verir ki, bu barədə Qazaxıstan Teleqraf Agentliyi (KazTAG) məlumat yayıb.

Milli Təhlükəsizlik Komitəsinin (MTK) mətbuat xidmətinin məlumatına görə, hadisə yanvarın 24-də baş verib. İki əcnəbi hava limanının binasında saxlanılaraq yoxlamaya aparılıb. Həmin sərnişinlərin qarın boşluğunun rentgen müayinəsi zamanı məlum olub ki, onların mədələrində yad cisim var.

Nəticədə əcnəbilərdən 295 ədəd tiryək tipli narkotik vasitələr aşkar edilərək götürülüb. Maddələrin ümumi çəkisi 2 kq-dan çox olub.

Məhkəmə daşıyıcıları həbs edib. Faktla bağlı “Dövriyyədən çıxarılan və ya dövriyyəsi məhdudlaşdırılan əşyaların qaçaqmalçılığı” maddəsi ilə ibtidai istintaq aparılır.

Samir

0