Macarıstanın xarici işlər naziri Peter Siyarto ABŞ-ın Budapeştin İsveçin NATO üzvlüyünü ratifikasiya etməsini gözlədiyi ilə bağlı bəyanatlarına cavab verib. XİN rəhbəri bildirib ki, Budapeşt Vaşinqtonun "təlimatlarına əhəmiyyət vermir".
HİT.az xəbər verir ki, o, bu barədə RİA Novosti-yə müsahibəsində bildirib.
"Bizi bu cür göstərişlər narahat etmir", deyə Siyarto bildirib.
O əlavə edib ki, Macarıstan suveren dövlətdir və xarici dövlətlər onun suverenliyinə hörmət etməlidir.
Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Budapeşt heç vaxt xarici dövlət qurumlarının qərarlarını, o cümlədən ABŞ Konqresinin qərarlarını tənqid etmir və ABŞ-ın daxili gündəliyinə heç vaxt qarışmır.
Bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Cek Sullivan bildirib ki, Birləşmiş Ştatlar Macarıstandan İsveçin NATO üzvlüyünü mümkün qədər tez ratifikasiya etməsini gözləyir və Vaşinqtonun səbri hüdudsuz deyil.
NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirdiyi mətbuat konfransında danışan müşavir, Macarıstan tərəfinin bu məsələyə baxılmasında növbəti gecikmə halında Amerika hakimiyyətinin atacağı addımları konkret təhdidlər etmək niyyətində olmadığını deyib. Bununla belə, o, Ağ Evin bu məsələdə səbrinin həmçinin hüdudsuz olmadığını bildirib.
Samir