ABŞ prezidenti Co Bayden ölkədə dövlət başçısı olmağa ən hazırlıqlı adam olduğunu deyib.
HİT.az xəbər verir ki, o, bu barədə Ağ Evdə çıxışı zamanı bildirib.
Jurnalistlərdən biri Amerika liderindən soruşub ki, niyə Bayden ABŞ-da ən yüksək hökumət postuna demokrat namizəd olmalıdır. Bayden cavab olaraq deyib ki, o, ölkədə prezident olmaq və başladığı işi bitirmək üçün ən bacarıqlı insandır.
Co Bayden xalqa daha əvvəl elan edilməmiş bir müraciət ünvanlayıb. Çıxışın mövzusu xüsusi prokuror Robert Heurun Amerika liderinin məxfi sənədlərlə necə davrandığına dair hesabatının dərci olub.
Bayden, hesabatın "yaddaş problemi olan yaşlı kişi" adlandırıldığı hissəsinə görə Robert Heura sərt cavab verib: "Mən yaxşı niyyətli yaşlı adamam, nə etdiyimi bilirəm. Mən prezidentəm və bu ölkəni ayağa qaldırdım".
Bundan əvvəl məlum olmuşdu ki, ABŞ prezidenti Co Bayden prokurorun araşdırması zamanı aşkar edilən yaddaş problemləri səbəbindən məxfi sənədlərin düzgün saxlanmamasına görə məsuliyyət daşımayacaq. Qanun pozuntuları "günahsız səhv" kimi qiymətləndirilib.
Prosesə səbəb 2023-cü ildə Baydenin Vilminqtondakı evinin qarajında gizli sənədlərin aşkarlanması olub. Onların Barak Obama administrasiyası zamanı onun vitse-prezident olduğu vaxta təsadüf edir.
Samir