ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından qarşıdan gələn prezident seçkilərində ən çox ehtimal olunan namizəd Donald Trampın seçki qərargahı xüsusi prokurorun məxfi sənədlərin düzgün saxlanmaması ilə bağlı hazırkı prezident Co Baydenə qarşı iş qaldırmamaq qərarını tənqid edib.
HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Məhkəmə üçün çox qocalmısınızsa, prezident olmaq üçün də çox qocalmısınız. Co Bayden ölkəyə rəhbərlik etmək üçün yararsızdır", deyə Trampın seçki kampaniyası üzrə kommunikasiya direktoru açıqlamasında bildirib.
Bu yolla o, ABŞ Ədliyyə Departamentinin xüsusi prokurorunun məxfi sənədlərin düzgün saxlanmaması ilə bağlı Ağ Ev rəhbərinə qarşı iş başlatmamaq tövsiyəsinə cavab verib.
Bundan əvvəl məlum olub ki, xüsusi prokuror Robert Heur Baydenin məxfi sənədlərlə səhv davranması ilə bağlı araşdırmanı tamamlayıb. Xüsusi prokuror Amerika prezidentinə qarşı cinayət ittihamı irəli sürməməyi tövsiyə edib. Qanun pozuntuları "günahsız səhv" kimi qiymətləndirilib. Prosesə səbəb 2023-cü ildə Baydenin Vilminqtondakı evinin qarajında gizli sənədlərin aşkarlanması olub. Onların Barak Obama administrasiyası zamanı onun vitse-prezident olduğu vaxta təsadüf edir.
Bayden onu "yaddaş problemləri olan yaşlı adam" adlandıran xüsusi prokuror Robert Heurun sözlərinə qəzəblənib: "Mən yaxşı niyyətli yaşlı adamam, nə etdiyimi bilirəm. Mən prezidentəm və bu ölkəni ayağa qaldırdım".
Qeyd edək ki, Bayden yaddaşla bağlı tez-tez problemlər yaşayır. ABŞ prezidenti adları səhv salır, bəzən onları unudur, hətta ölmüş adamlarla danışdığını belə deyir.
Samir