Putin: "Müharibə ilyarım əvvəl bitə bilərdi, lakin..."

DÜNYA
12:47 / 09.02.2024
609

Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində Ukraynanın Böyük Britaniyanın keçmiş baş naziri Boris Consona görə danışıqlardan imtina etməsi səbəbindən kədərləndiyini deyib.

HİT.az xəbər verir ki, Rusiya lideri Ali Radadakı "Xalqın qulluqçusu" fraksiyasının lideri David Araxamiyanın sözlərindən sitat gətirib və qeyd edib ki, döyüşlər ilyarım əvvəl başa çata bilərdi.

"Bəs cənab Conson indi haradadır? O yoxdur, lakin müharibə davam edir", deyə Putin qeyd edib.

Rusiya lideri əlavə edib ki, o, Britaniyanın keçmiş baş nazirinin Ukrayna hakimiyyətini danışıqlardan niyə çəkindirdiyini bilmir.

Qeyd edək ki, Karlson fevralın 3-də Moskvaya gəlib. Onun Rusiyaya gəlişi Rusiya mətbuatında geniş işıqlandırılıb. Amerikalı jurnalistin Moskvaya səfəri və Putinlə müsahibənin lentə alınması Qərb mətbuatının diqqətini çəkib.

Samir

0